Vüqar Səfərlinin keçmiş işçiləri məhkəmədə: onlar nələri açıqladı?
23-11-2021 [16:42]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Mia.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sayad Vəliyeva ifadə verib.
O, "Starloqistik" şirkətində rəhbər olduğunu deyib: “Şirkətdə dəftərxana malları satırdıq. Oranın direktoru atamın sürücüsü Çingiz Həsənov idi. 2019-cu ildə Çingiz işdən çıxarıldı və mən ora rəhbər təyin edildim. Vüqar Səfərlini isə tanımıram. Şirkətin direktoru təyin olunandan sonra onunla aramızda hər hansı bir alqı-satqı olmayıb. Atam rəhmətə getdi, 2020-ci ildə şirkət fəaliyyətini dayandırdı”.
Daha sonra digər şahid Mirsəid Ağayev dindirilib. Onun sözlərinə görə, təqsirləndirilən V.Səfərlinin işçisi olub və ləğv edilmiş KİVDF-də informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində çalışıb: “Fondda texniki işlərlə məşğul olmuşam, çəkilişlər etmişəm. Həmçinin tender komissiyasının üzvü də olmuşam, amma bu işlə bağlı fəaliyyət göstərməmişəm. Fonda avadanlıq alınanda bu işlərə mən baxırdım. Tenderlə bağlı saytda və qəzetlərdə elan verirdik".
Məhkəmədə şahid qismində KİVDF-nin aparıcı məsləhətçisi çalışmış Samir Mustafayev ifadə verib. O bildirib ki, ləğv edilmiş Fondda rəsmi yazışmalar, hesabatlar, təbdirlərin təşkili və qurumun mətbuat xidməti funksiyalarını həyata keçirib.
S.Mustafayev deyib ki, KİVDF -nin restoranlarda təşkil etdiyi tədbirlər üçün siyahıların hazırlanmasında V.Səfərli ilə birlikdə iştirak edib: “Siyahılarda 250 nəfərə qədər qonaq olundu. Tədbirdə jurnalistlər də olurdu. Siyahıda onların adı olmurdu, lakin tədbirə gəlirdi. Heç kimi də oradan geri qaytarmaq olmurdu.
Fondun rəhbəri Vüqar Səfərli idi. Lakin bilavasitə rəhbərliyi Əli Həsənov həyata keçirirdi. Fondda həm də Müşahidə Şurası var idi. Müşahidə Şurasının iclaslarında məsələrlər əvvəlcədən razılaşdırılırdı. Sadəcə məsələlər iclasda müzakirəyə çıxarıldı, qəbul edilirdi. 2017-ci ilə qədər Fondda tender komissiyası yox idi. Tələb qoyulandan sonra bu komissiyanı formalaşdırdıq, 5 nəfər tərkib üzvü seçildi. Onlardan biri də mən oldum.
Amma düzünü deyim ki, tenderlərlə bağlı iclaslar keçirilsə də, orada təkliflərlə bağlı zərflərə baxılmayıb. Lakin ümumi danışılıb”.
Proses noyabrın 25-nə təyin olunub.
Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR