Nazir Pərviz Şahbazov Yunanıstan səfiri ilə görüşüb - Nələr müzakirə edilib?

img

20-11-2021 [17:24]


Energetika naziri Pərviz Şahbazov Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkosu qəbul edib.

Mia.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə qlobal enerji layihəsi olan Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığa diqqət çəkən nazir, Yunanıstanla Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə “Şahdəniz-2” qazının alıcısı kimi əməkdaşlığın uğurla davam etdiyini qeyd edib, Yunanıstanın Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında təmsil olunması yüksək qiymətləndirilib.

Görüşdə “Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə Komissiya”nın növbəti iclasının keçirilməsi ilə bağlı təkliflər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA