23-02-2014 [22:45]
Təxminən üç ilin söhbətdi. Yay fəslində restoranlardan birinin həyətində yaxın tanışlarımdan birini gördüm. Oğluyla bir masa arxasında oturmuşdu. Yaxınlaşdım. Görüşdük. Hal-əhval tutduq.
Dedim, deyəsən, ata-bala oturub yeyib içirsiniz?
Tanışım çəkdi məni kənara. Dedi ki, mən heç vaxt evdə uşağa söz demirəm. Uşağa evdə söz deyəndə danlaq kimi qəbul edir. Çıxarıram bayıra. Gəzirik. Restoranda oturub yeyib-içirik. Arada da deyirəm ki, filan işi etməsən yaxşı olar.
İki daşın arasında öz tərcübəsini bölüşdü. Baxdım ki, ağıllı fikirdi. Məqam düşdü, indi tirajladım.
Həqiqətən də sözü harda və necə deməkdən çox şey asılıdı.
Yaxınlarda Koncolovskinin bir filminə baxdım.
Həyatda özünə yer tapa bilməyən gəncə bir yaşlı kişi deyir: "Bu həyatda yaşamaq üçün bizə üç şey lazımdır: inam, sevgi və ümid".
Belə baxanda adi sözlərdi, amma qoca bu sözləri elə bir səmimiyyətlə deyir ki, gənc tamam sarsılır.
Makarenko ən ipə-sapa yatmayan, oğru, xuliqan uşaqlara ən önəmli tapşırıqlar verirmiş.
Taqor öz puluyla məktəb tikdirmişdi. Hətta deyilənlərə görə, bunun üçün arvadının qızıllarını belə sat-mışdı.
Çexov xəstələri pulsuz müalicə edirdi. Ona görə yazdıqları ilə həyatı üst-üstə düşən yazıçı deyirlər ona.
Deyilənə görə, Üzeyir bəy həftədə bir dəfə kasıb tələbələrə evində plov qonaqlığı verirmiş.
Nəcəf bəy Vəzirov ahıl çağında qadın rolu oynamağa məcbur olmuşdu.
Tarixdə belə fədakarlıqlar çoxdu. Əgər bir az detallara varsaq, görərik ki, bu fədakarlıqların mənbəyi inam, sevgi və ümiddir. Bu üç sehirli və səmavi sözdən güc almayan insan fədakarlıq edə bilməz. Sadəcə, belə fədakarlıqlardan kim nə dərəcədə öz payını götürür, kim nə dərəcədə xəcalət çəkir, kimin nə dərəcədə vicdanı oyanır, bu başqa söhbətin mövzusudu. Onsuz da təmənnasız SEVGİ və təmənnasız fədakarlığın vəhdətindən doğan nurəlayiq olduğu qəlblərə işıq salır...
Ötən yazımda da qeyd etmişdim ki, tənbəllik Şərq xalqlarının ən böyük bəlalarından biridi. Tənbəllik adlıəbu bəla uşaqlara verilən tərbiyədə də özünü göstərir.
Məktəblərdəki dərsliklərdə heç bir dəyişiklik yoxdu. Müasir dunyanın mənzərəsi bizim dərsliklərdə gö-rünmür. Uşaqların seçim imkanı, seçim azadlığı yoxdu. Əzbərçilik hamını eyniləşdirir. Hamı eyni cür düşünür. Heç kim fikrini ifadə edə bilmir. Bizim məktəblərdə uşaqlara ancaq oxuma-yazma öyrədirlər. Çox vaxt heç buna da nail ola bilmirlər. Müəllimlər standartlara cavab vermir. Bundan əlavə, müəllimin nüfuzu yoxdur.
Çexov deyirdi ki, bir milləti məhv etmək üçün onun müəllimini gözdən salmaq kifayətdir. Müəllim özünü inkişaf etdirməyə ərinir.
Tənbəllik valideynlərin uşaqlara qarşı münasibətində də özünü büruzə verir. Valideyn uşağı başa salmaq, öyrətmək əvəzinə qısa və asan yolu seçir. Qışqırır. Acıqlanır. Qadağalar qoyur. Hətta vurur. Ən pisi də odur ki, bu, norma kimi qarşılanır. Adam eşidir ki, qonşuda ər arvadını, yaxud ata oğlunu döyür. Səs-küy qalxıb. Hər şey ola bilər. Bunu norma kimi qəbul edir. Narahat olmaq əvəzinə qulağını divara dirəyib davanın səbəbini öyrənmək istəyir. Yekə-yekə kişilər araqdan içib atalarının onları necə döyməsini nos-talji hissiylə xatırlayırlar.
Toyda tamadalar şeir deyirlər: "İstəyirəm səhvim üstdə döyəsən məni, əllərinə qurban olum ay ata!".
Ayıbdı! Bu nə ibtidailikdi? Bu nə qəbilə təfəkkürüdü? Adam da öz döyülməyini belə iştahla xatırlayarmı?
Atam məni bir-iki dəfə vurub. Hələ də yadımdadı. Bağışlamıram. Qiyamət günündə də desələr ki, sən bu kişini bağışlıyırsan? Deyəcəm, yox. Bağışlamıram. Hərçənd başqaları ilə muqayisədə bizimlə xeyli yumuşaq davranırdı.
Öz uşaqlarını məftillə, trosla, çomaqla, şlanqla döyənlər var idi. Uşağı ayağından asırdılar. Başından tutub divara vururdular. Lüt soyundurub bayıra atırdılar. Yemək vermirdilər. İşlədirdilər. Hovuza salırdılar...
Əgər söhbət uşağı yeməklə və paltarla təmin etməkdən gedirsə, o zaman bunu hətta şüursuz canlılar belə edirlər. Bir çox insanlar düşünür ki, onun vəzifəsi hardan və necə olursa-olsun pul əldə edib uşaqları yemləməli və geyindirməlidir. Bunun üçün hətta başqalarının balalarını parçalayıb ətini öz balalarına yedizdirir. Əsl cəngəllik davranışı nümayiş etdirir.
Bizim valideynlər uşağa vaxt və enerji sərf etmək istəmirlər. Uşaqla söhbət etmirlər. Dəfələrlə müşahidə etmişəm, başqa xalqların nümayəndələri uşaqla söhbət edirlər. Uşaq suallar verir, cavablar alır. Bəl-kə uşaqla söhbət etməyə də masonlar imkan vermir?
Bir şahmat oyununu uşağa öyrətmək uşağı nə qədər irəli atır. Ən azıəuşaq oturmağı, qərar verməzdən əvvəl düşünməyi öyrənir. Hər bir valideynin vəzifəsi uşağın istedadını müəyyən edib, onu həmin istiqa-mətə yönləndirməkdi. Hər bir uşaq istedadlıdı, onun istedadını müəyyən etmək valideynin işidi. Təəssüf ki, bizim valideynlər hətta öz övladlarının tipini müəyyənləşdirə bilmirlər. Uşaq rəsm çəkmək istəyir, aparıb verirlər karate müəlliminə.
Bayaq atamın məni vurmağını qeyd etdim. Başqa tərəfini də demək borcumdu. Ədalət naminə. Nə vaxt kitaba-dəftərə filan qədər pul lazımdı demişəmsə, sorğusuz-sualsız, artıqlaması ilə verib. Bacardığı qədər təmin edib. Bir neçə dəfə kinoya aparıb. Onsuz da özümüz istənilən vaxt kinoya gedə bilirdik. Klub uzaqda deyildi. Aparan adam da nə qədər desən. Ətraf avarayla doluydu. Amma atamla getmək bir başqa həzz idi. Əgər ətrafdakıları nəzərə alsaq, bu, balaca hərəkət deyildi. Qərəz, bunu qiymətləndirmək borcumdu.
Uşaqlarda oxuma vərdişini yaratmaq valideynin borcudu. Avropada insanları uzun müddət uşaq romanları ilə tərbiyə ediblər. Məlumunuz olsun ki, elmdə və texnikada böyük nailiyyətlər əldə etmiş adamların çoxu uşaqlıqda fantastik əsərlər oxuyublar. Hətta ən nəhəng yazıçılar və fikir adamları öz memuarlarında uşaqlıqda oxuduqları romanları həyəcanla, sevgiylə xatırlayırlar. Məsələn, Nobel mükafatçısı, Fransa yazıçısı Fransua Moriak öz memuarında uşaqlıqda oxuduğu "Ailəsiz" romanını böyük sevgiylə, həyəcanla xatırlayır. Yazır ki, hətta bu yaşımda bu kitabı vərəqləyəndə mənə elə gəlir ki, uzun müddət yaşadığım, yaxşı tanıdığım evin otaqlarında gəzişirəm. Təxminən belə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə