Statistika: ərzaq və qeyri-ərzaq məhsulları bahalaşıb

img

12-11-2021 [18:01]


Bu ilin oktyabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi sentyabr ayı ilə müqayisədə 101,6%, ötən ilin oktyabr ayına nisbətən isə 110% təşkil edib.

Mia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 102,8%, ötən ilin oktyabr ayına nisbətən isə 113,1%, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayl müqayisədə 100,9%, ötən ilin oktyabr ayına nisbətən 106,7%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,4%, ötən ilin oktyabr ayına nisbətən 108,4% olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA