GENERALIN YERİNƏ TƏYİNAT OLDU - Sərəncam

img

12-11-2021 [09:57]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib.

Bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Habil Nağıyev Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, H.Nağıyev bu təyinata qədər Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Bu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə ona Dövlət Miqrasiya Xidmətinin III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib/Report.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maliyyə və maddi-texniki təminat üzrə müavini vəzifəsində daha əvvəl general-mayor Şahvələd Əliyev çalışıb. O, bir neçə gün əvvəl işdən çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA