Peyvənd şirkətinin direktorundan ŞOK AÇIQLAMA: "Milyonlarla insanın qatili oldular"

img

11-11-2021 [15:55]


Pfizer şirkətinin Baş İcraçı direktoru Albert Bourla bəzi dairələrin peyvənd barədə səhv açıqlamasının çox sayda insanın ölümünə səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, həmin şəxslər mətbuata bilərəkdən səhv məlumat ötürərək insanları peyvənddən uzaq qalmağa çağırırlar. Nəticədə insanlarda yalnış fikir formalaşır.

Elm adamı bildirib ki, bu vəziyyət peyvənd olunan insanları qorxudur, peyvənd olunmayan insanları isə şübhəyə salır. “Milyonlarla insanın qatili oldular” deyən elm adamı, bu barədə bəzi tədbirlərin görüldüyünə diqqət çəkib.

Onun sözlərinə görə, bəzi sosial media şəbəkələri yalnış məlumatların yayılmasının qarşısını alsa da, bu istənilən nəticəni vermir. Elm adamının fikrincə yalnış məlumatların yayılması insanlarda müasir tibbin imkanlarına dair şübhələr yaradıb/Metbuat.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA