Bakıdakı Şəhidlər xiyabanında 32 naməlum şəhid məzarı açılıb - Rəsmi məlumat yayıldı

img

11-11-2021 [11:16]


Bu gün sosial şəbəkədə Bakı şəhərindəki Şəhidlər xiyabanında bəzi məzarların sınmış olduğu və onların üzərində şəkillərin olmaması ilə bağlı məlumat yayılıb.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestindən Mia.az-a verilən məlumata görə, Respublika Hərbi Prokurorluğunun təqdimatı və Bakı Hərbi Məhkəməsinin 3 iyun 2021-ci il tarixli Qərarı əsasında Birinci Şəhidlər xiyabanında dəfn edilən 23 və ikinci Şəhidlər xiyabanında isə 9 naməlum şəhid məzarından meyitin qəbirdən çıxarılması (ekshumasiya) aparılıb.

Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib: "Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə meyidlərin kimliyinin müəyyən edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Sosial şəbəkədə qeyd edilən məzarlar da həmin məzarlardır. Burada dəfn edilənlərin kimliyi müəyyən edildikdən sonra isə həmin məzarlar şəhidlərin şəkili və onlar barədə məlumatlarla birlikdə yenidən düzəldiləcək. Məzarlarla bağlı məlumatı bilərəkdən düzgün göstərməmək, insanlarda çaşqınlıq yaratmaq və bundan öz siyasi məqsədləri üçün istifadə etmək yolverilməzdir".

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA