Vüqar Rəhimzadə: "10 noyabr Bəyanatı İlham Əliyevin və yenilməz ordumuzun şanlı Qələbəsidir"
10-11-2021 [23:07]
“Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından bir il ötür. Zaman hadisələrin düzgün təhlili və dəyərləndirilməsi baxımından zəngin mənbədir. Arxada qalan bir il 10 noyabr Bəyanatının imzalanmasına gedən yola daha aydın işıq salaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı söylədiyi kimi, kimin kim olduğunu göstərdi. 30 ilə yaxın dövrdə havadarlarının dəstəyi ilə imitasiya naminə danışıqlara qatılan, fürsət düşən kimi Azərbaycanı sülh danışıqlarında maraqlı olmamaqda, həmçinin guya ATƏT-in Minsk qrupunun vasitəçiliyini qəbul etməyərək digər beynəlxalq təşkilatları münaqişənin həllində vasitəçiliyə cəlb etməkdə günahlandıraraq diqqəti əsas problemdən yayındırmağa çalışan Ermənistan hakimiyyətinin bu kimi qərəzli təbliğatının nəyə hesablandığı bugünümüzdən baxdıqda daha aydın görünür. Azərbaycanın müdafiə xərclərini artırmasını məsələnin sülh yolu ilə həllində maraqlı olmamaq kimi təqdim edən işğalçı dövlət və havadarları niyə illərdir Ermənistana müxtəlif adlar altında maddi və mənəvi dəstək göstərəndə, silahlandıranda özlərinə məlum, amma başqaları üçün sual doğuracaq məqamları cavablandırmaq barədə düşünmürdülər? 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv edilən, yaxud qənimət kimi götürülən erməni hərbi texnikasının say tərkibinə və onların alınması üçün lazım olan vəsaitin miqdarına diqqət yetirmək kifayətdir ki, düşmən ordusunun sürətlə silahlandırılması üçün hansı iyrənc üsullara əl atıldığının şahidi olasan. Onu da qeyd edək ki, Azərbaycanın Qələbəsinin dünyaya təqdimatında mühüm rol oynayan 10 dekabr Zəfər paradında, eyni zamanda, Hərbi Qənimətlər Parkında ermənilərin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikaları nümayiş olunanda Ermənistan və ona illərdir dəstək olan dövlətlər etirazlarını bildirdilər.
Görünür, qaranlıq məqamların açıqlanması dünyanın bəzi güclərini narahat edirdi.»
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, 10 noyabr Bəyanatı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, məğlubedilməz, yenilməz ordumuzun şanlı Qələbəsidir: «Noyabrın 9-dan 10-na keçən gecə bu müjdəni Azərbaycan xalqına fəxr və qürurla çatdıran ölkə Prezidenti İlham Əliyev bütün dünya azərbaycanlılarına 30 ilin işğalına son qoyulmasının, artıq Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasının sevincini yaşatdı. Şuşanın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Şuşa Zəfərindən sonra düşmənə növbəti ağır zərbə vuruldu. Belə ki, noyabrın 9-da növbəti ildırım sürətli hərbi əməliyyatlarımızla 71 yaşayış məntəqəsi, bir qəsəbə və 8 strateji yüksəklik işğaldan azad edildi. Ümumilikdə isə 27 sentyabrdan 10 noyabradək 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə və strateji yüksəkliklər yağı düşməndən təmizləndi. İşğal altında olan digər rayonlarımızın - Ağdam, Laçın və Kəlbəcərin 10 noyabr Bəyanatına uyğun olaraq qan tökülmədən Azərbaycana qaytarılması hərbi-siyasi Zəfərimizin bariz nümunəsidir.»
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan xalqı Vətən müharibəsində nə qədər böyük, vətənpərvər, dəmir iradəyə malik xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi: “30 ilin əziyyəti, ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, mətinləşdik, gücləndik, özümüzü topladıq, “artıq yetər” deyib işğalla barışmadığımızı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərdik. Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanatla Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının cədvəlini verdi. Hansı ki, dövlət başçısı İlham Əliyev Vətən müharibəsinin gedişində dəfələrlə bildirirdi
ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxmaları ilə bağlı konkret vaxt desinlər, biz də hərbi əməliyyatları dayandıraq.»
Vüqar Rəhimzadə Bəyanatın özündə ehtiva etdiyi 9 bənddən irəli gələn vəzifələrin yerinə yetirilməsinə diqqəti yönəldərək bugünümüz üçün əsas olan məsələnin - sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb: «Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar da regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının zəruriliyini bildirir və dəstək göstərməyə hazır olduqlarını bəyan edirlər. Azərbaycan tərəfi təkmil sülh modelini təqdim edib. Dövlət başçısı İlham Əliyevin bəyanatlarında bu fikir xüsusi yer alır ki, sülh təklifi masa üzərində uzun müddət qala bilməz.
Təbii ki, bu, Ermənistana və ona havadarlıq edənlərə ciddi mesajdır. İşğalçı dövlətin və ona dəstək olanların 30 ilə yaxın dövrdə münaqişənin həllini uzatmaq üçün hansı yollara əl atdıqları məlumdur. Sonda təcavüzkar dövlət daha da irəli gedərək bizə yeni ərazilər uğrunda müharibə planları ilə hədə-qorxu gəlirdi. Hansı ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin başlamasından bir neçə gün əvvəl BMT Baş Assambleyasının iclasında Ermənistanın yeni ərazilər uğrunda müharibə planları hazırladığını bəyan etmişdi. O zaman dünyanın bəzi dövlətləri, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar bu xəbərdarlığa etinasız yanaşmaqla növbəti dəfə işğalçı Ermənistana dəstəklərini açıq-aşkar büruzə verdilər.»
«Artıq Bəyanatın imzalanmasından bir il ötür» söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, region dövlətləri ilə əməkdaşlığın daha da gücləndirilməsi, o cümlədən məğlub Ermənistanla nəqliyyat kommunikasiyalarının açılması prioritet məsələ kimi öndədir: «Həmçinin yeni reallıqlara uyğun olaraq yeni əməkdaşlıq formatlarının yaradılması gündəmdədir. Amma Ermənistan sülh müqaviləsinin imzalanmasını uzatmaqla vəziyyəti gərginləşdirməyə çalışsa da bunun mümkünsüzlüyünün fərqindədir. Dövlət başçısı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışı zamanı Zəfərimizdən bəhs edərkən bu məqamı xüsusi qeyd etmişdir ki, biz öz ləyaqətimizi bərpa etdik. Bundan
sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq. Əgər Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyillərə əl atsa, bizim yumruğumuzu görəcəkdir. Bizim yumruğumuz yerindədir.»
Vüqar Rəhimzadə qısa təhlil əsasında belə nəticəyə gəlib ki, bugünümüzün mənzərəsi budur ki, Azərbaycan regionda və həmçinin dünya çapında yeni reallıqlar yaratdı, Qələbə çaldı, düşməni torpaqlarımızdan qovdu: «Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Ermənistan çıxılmaz vəziyyətdə qalmışdı, ya tamamilə məhv olacaqdı, ya da sənədi imzalayacaqdı. Bu günün isə əsas məsələsi sülh müqaviləsinin imzalanmasıdır. Ermənistandakı siyasi və iqtisadi böhran, sosial və hərbi gərginlik bu addımın da yaxın zamanlarda atılacağını qaçılmaz edir.»
Baş nazirin müavini: "Yeni dəhlizin açılması buna xidmət edəcək"
Türkiyədə 10 metr uzunluğundakı qayıq batıb - FOTO
XİN başçısı: "Azərbaycan regionda əsas söz sahiblərindən birinə çevrilib" - "ABŞ Konqresi ilə müvafiq iş aparılacaq"
Türkiyə İstanbul boğazında yoxa çıxan rus üzgüçünü axtarır
Eldar Əzizov məmurları BŞİH-yə topladı: nələr müzakirə olunub? - Yeni tapşırıqlar verildi
Qəzzada son 24 saatda daha 75 nəfər ölüb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTOLAR
Yazıçı Anar: "Hazırda bağdayam"
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
Azərbaycanda hansı ölkədən daha çox tələbə var? - SİYAHI
İctimai Birliyin sabiq sədrinə cinayət işi açıldı
İrandan Azərbaycana narkotikin keçirmək istəyiblər
Sabah hava necə olacaq? - Proqnoz
"Beşiktaş" Antoni Cacini transfer etmək istəyir
Hikmət Hacıyev: "Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona..."
Dahi Nəsiminin məzarı Suriyadan Azərbaycana gətiriləcək? - Yeni xəbər yayıldı + FOTOLAR
"Komo" "Tottenhem"in təklifinə "yox" cavabı verdi
Cənubi Qafqazın radioaktiv saatlı bombası – Metsamor AES
Nazir onu mərkəz rəhbəri təyin etdi - FOTO
Qarğa, məndə ChatGPT var… - Təbriz VƏFALI YAZIR
Bakıda polis əməliyyat: 44 kq narkotik vasitə aşkarlanıb
"Sədərək"dəki yanğınla bağlı araşdırma başlayıb
Donald Tramp 111 illik tarixi dəyişdi, FED üzvünü vəzifədən azad etdi, qarşı tərəf isə dirənir: "İşimdə qalacam..."
"Fənərbağça" Livakoviçlə bağlı danışıqlara başlayıb
Sadettin Saran "Fənərbağça" prezidentliyinə namizəd oldu
Markov Rusiyanı tərk edəcək? - Açıqlama
Arzu Əliyeva Mehriban Əliyevanı təbrik edib - FOTO
35 il başqasının evində yaşadı, indi evdən çıxmaq üçün adambaşına 10 min istəyən keçmiş məcburi köçkün danışdı - VİDEO
Gəlini Mehriban Əliyevanı belə təbrik etdi: "...bu gözəl gündə Sizə daim xoşbəxtlik və sevinc arzulayıram!" - FOTO
"Qalatasaray" heyətini fransız futbolçu ilə gücləndirmək istəyir
Tramp: "Qəzzadakı vəziyyət 2-3 həftə ərzində başa çata bilər..."
"Lill" "Fənərbağça"nın müdafiəçisini istəyir
"Real Madrid" Vinisiusu sata bilər - 150 milyon avro...
Bu gün Mehriban Əliyevanın doğum günüdür
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Beşiktaş" Tiaqo Calonu transfer edir
"Eyüpspor" bu mövsüm ilk dəfə qalib gəldi
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan.. - Onlar yenidən hakim qarşısına çıxarıldı
Özbəkistan PA rəhbəri Mehriban Əliyevaya məktub ünvanlayıb - MƏTN
"Prezident Donald Trampa şəxsi imzası ilə mənə hədiyyə etdiyi..." - İlham Əliyevdən paylaşım + FOTOLAR
IX “Muğam” Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib