ORDUMUZDAN LAÇIN İSTİQAMƏTİNDƏ SƏRRAST HƏMLƏ: "60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb və..." - MN açıqlama yaydı
10-11-2021 [16:56]
Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib.
Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər:
"Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni tərəfi metal konstruksiyalardan hazırlanmış səbətlərdən istifadə etməklə Azərbaycan Ordusunun sərhədin bu sahəsindəki mövqelərarası yolunu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıb.
Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri qısa müddət ərzində əlavə şəxsi heyət və döyüş texnikasını əraziyə cəmləşdirməklə təxirəsalınmaz tədbirləri həyata keçirib.
Görülmüş tədbirlər nəticəsində 60-a yaxın erməni hərbçisi mühasirəyə alınıb, onların bütün hərəkətləri məhdudlaşdırılıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, Azərbaycan hərbçiləri onların geri dönməsinə şərait yaradıb. Bildiririk ki, Ermənistan tərəfinin növbəti hərbi təxribatı iflasa uğrayıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görəcəyimiz tədbirlər daha sərt və təsirli olacaqdır.
Ümid edirik ki, Ermənistan ordusunun növbəti biabırçılığı ona dərs olacaq və gələcəkdə belə təxribat xarakterli addımlara yol verilməyəcək.
Azərbaycan Ordusunun şəxsi heyəti və ərazi baxımından itkimiz yoxdur. Hazırda əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən son gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimli dələduzluqda ittiham olunan qardaşından danışdı
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər
“Əli və Nino” kitab evinin sahibi “Liv Bona Dea” Hospitalda nələrlə üzləşib? - Şikayət + Cavab (Yenilənib)
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
Vəkil Zabil Qəhrəmanova daha iki maddə ilə ittiham verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 2 günlük məzənnəni açıqladı
Kabildə gücvlü partlayış olub - Azı 10 nəfər ölüb