Nazir: "Bunun hesabına dövlət borcu azalır, daxili dövlət borcunun xüsusi çəkisi isə artır"

img

10-11-2021 [14:57]


"2018-ci ildə dövlət başçısının təsdiq etdiyi "Dövlət borcunun idarəedilməsi strategiyası"na uyğun olaraq biz dövlət borcunun strukturunu dəyişirik".

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində deyib.

"Strategiyada nəzərdə tutulur ki, tədricən xarici dövlət borcunun xüsusi çəkisi ümumi dövlət borcunda azaldılsın. Biz də buna tədricən nail oluruq. Bunun hesabına dövlət borcu azalır, daxili dövlət borcunun xüsusi çəkisi isə artır", - nazir vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:47 04.08.2025

Lionel Messi zədələnib