İlham Əliyev Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib - Müzakirə + FOTO

img

10-11-2021 [11:47]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkməni qəbul edib.

Mia.az xəbər verir ki, görüşdə ölkəmizin müstəqillik qazandığı ilk günlərdən Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin çox yaxşı tarixə malik olduğu və hazırda əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Enerji sahəsində səmərəli əlaqələrə toxunularaq bp şirkətinin Azərbaycanda uzun müddətdir uğurla fəaliyyət göstərdiyi vurğulanıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın önəmi qeyd edilib. Görüşdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA