"Bunun Pakistan, Türkiyə, Azərbaycan və Gürcüstan üçün əhəmiyyətli töhfələri olacaq” - Hulusi Akar

img

09-11-2021 [13:59]


“Müharibə zamanı Azərbaycan və Türkiyənin yanında üçüncü bir ölkə olaraq Pakistan dayanmışdı”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib.

Pakistanlı bütün qardaşlarımıza buradan təşəkkürlərimizi bildiririk. Onlarla birlikdə bu hadisələr çərçivəsində hərbi təhlükəsizlik və təlim sahəsində əməkdaşlığımızı artırmaq üçün fəaliyyətimizi davam etdiririk. Qarşıdakı günlərdə bunların da inkişaf edəcəyinə inanıram. Biz bu sinerjidən faydalanmaq istəyir, bunu üçün fəaliyyət göstəririk. Bu sahədə quru, dəniz, hava qüvvələrimiz, müdafiə sənayemiz, xüsusi qüvvələrimiz fəaliyyət göstərir. Qarşılıqlı informasiya mübadiləsi əsas mövzudur.

Bütün bunları nəzərə alsaq, qarşımızdakı dövrdə bu fəaliyyətin müdafiə və təhlükəsizlik məsələlərində Pakistan, Türkiyə, Azərbaycan və Gürcüstan üçün əhəmiyyətli töhfələri olacaq”, - H.Akar bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA