Akar: "Bu, təkcə Ermənistan üzərində qazanılan qələbə deyil"

img

08-11-2021 [11:00]


“Qəhrəman Azərbaycan Ordusunun qazandığı bu qələbə sırf 44 günlük mübarizə ilə deyil, 30 illik qətiyyət, inamın və əzmkarlığın nəticəsində əldə olunub”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, təkcə Ermənistan üzərində qazanılan qələbə deyil: “Bu qələbə həm də uzun illərin haqsızlığa, qanunsuzluğa göz yumanlara, illərdir səssiz qalanlara da ən gözəl cavab oldu. Əziz qardaşlarımız, həmişə olduğu kimi, sevincinizi sevincimiz, kədərinizi kədərimiz olaraq bildiyimiz bu haqlı mübarizənizdə yenə də sizlərlə birlikdə olduq. Millət olaraq can qardaşlarımıza bütün imkanlarımızla dəstək olmağa çalışdıq, çünki biz bir kökdən qidalanan böyük çinarın budaqları kimiyik, böyük millətin övladlarıyıq. Biz Alparslanın, Nizami Gəncəvinin, Nəsiminin, Füzulinin, Dədə Qorqudun nəvələriyik. Bilinməlidir ki, tarixi prosesdə baş verənlər Azərbaycanla Türkiyə arasında bir sıra maneələr qoysa da, dini, dili, milliyyəti bir olan, tarixi qardaşlıq bağları ilə bir-birinə bağlı olan iki ölkə xalqının qəlblərinə heç vaxt qıfıl vurmayıb və vurmayacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA