PREZİDENT ŞUŞA İLƏ BAĞLI YENİ SƏRƏNCAMLAR VERDİ

img

07-11-2021 [17:17]


Prezident İlham Əliyev noyabrın 7-də “Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200 min manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

***

Prezident İlham Əliyev noyabrın 7-də “Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA