Sahibə Qafarova: “Əfv fərman və sərəncamları ilə 9 minə yaxın məhkum azadlığa buraxılıb”
07-11-2021 [11:28]
“Vətən müharibəsi və postmünaqişə dövründə Milli Məclis tərəfindən qanunvericilik bazasının zənginləşdirilməsi istiqamətində də müvafiq addımlar atılmışdır. Belə ki, müharibə ilə əlaqədar qanunvericilik bazasının möhkəmləndirilməsi üçün parlamentimiz tərəfindən bir sıra bəyanat, qərar və digər sənədlər qəbul olunmuşdur. Milli Məclisin 2020-ci il 13 noyabr tarixli iclasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət ünvanlanmışdır. Noyabrın 20-də isə Prezident İlham Əliyevin xalqa müraciəti ilk dəfə olaraq parlamentin iclas zalında canlı yayımlanmışdır”.
Mia.az xəbər verir ki, bu fikirlər Milli Məclisin Sədri Sahibə Qafarovanın rəsmi mətbuata müsahibəsində yer alıb.
Milli Məclisin Sədri qeyd edib ki, bu dövrdə qəbul olunmuş sənədlər sırasında hərbi vəziyyətin elan edilməsi və ləğv edilməsi haqqında ölkə Prezidentinin fərmanlarının təsdiq edilməsi barədə, Vətən müharibəsində qələbə münasibəti ilə ölkənin orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə, “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında”, “Zəfər Günü”nün iş günü olmayan bayram günü hesab edilməsi, hər il sentyabrın 27-nin şəhidlərin xatirəsini yadetmə günü - Anım Günü kimi qeyd olunması barədə qanun və qərarları göstərmək olar.
“Parlamentin 5 noyabr tarixində keçirilən iclasında 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul olunmuş, bu bayram münasibətilə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya parlament adından təbrik məktubları ünvanlanmışdır. Həmçinin Zəfər Günü münasibəti ilə Milli Məclisə bir sıra ölkələrin parlamentlərindən və beynəlxalq parlament təşkilatlarından çoxsaylı təbrik məktubu göndərilib və məktublar gəlməkdə davam edir.
Digər mühüm bir məsələ möhtərəm Prezident İlham Əliyev tərəfindən Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi barədə təşəbbüs irəli sürülməsi və Milli Məclis tərəfindən müvafiq qərar qəbul olunmasıdır. Qeyd edim ki, hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqlarının müdafiəsi, ölkə həyatında mərhəmət və humanizm prinsiplərinin bərqərar edilməsi möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Onun rəhbərliyi altında səmərəli fəaliyyəti ilə böyük nüfuz qazanmış əfvetmə və bağışlama institutu şəxsiyyətə inam və hörmət, insanpərvərlik ideyalarının cəmiyyətdə geniş yayılmasına kömək göstərir. 1995-2021-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonra isə möhtərəm Prezident İlham Əliyev tərəfindən 67 əfv fərman və sərəncamı qəbul edilmişdir. Bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılmışdır”, - Sahibə Qafarova qeyd edib.
Həmin dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunmuş, bütövlükdə 117 min şəxsə amnistiya qərarı tətbiq olunub.
“Beləliklə, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbənin ildönümünü - Zəfər bayramını böyük sevinclə və böyük ümidlərlə qeyd edir. Azərbaycan gələcəyə daha böyük inamla baxır, öz yoluna əmin addımlarla, qətiyyətlə davam edir. Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş və qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim etmişdir. Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatmışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Biz sonsuz qürur hissi ilə yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qaytardıqlarına görə Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə əbədi minnətdarlıq borcumuz var. Odur ki, biz qürurla söyləyirik: Müdrik rəhbərimizə, qəhrəman ordumuza, mətin xalqımıza eşq olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”, - Milli Məclisin Sədri əlavə edib.
Tramp: "YPG-nin sərbəst buraxdığı avropalı İŞİD-lər tutulub"
ABŞ kürd silahlılarına niyə arxa çevirdi? - "Dəməşq İŞİD-ə qarşı mübarizədə daha istəklidir"
Suriya hökuməti və SDQ yenidən anlaşdı - Haseke ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident Qətərin Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub?
Əməkdar jurnalist vəfat edib
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimli dələduzluqda ittiham olunan qardaşından danışdı
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?
NORVEÇİN BAŞ NAZİRİ NOBELƏ GÖRƏ KÜSƏN TRAMPA CAVAB VERDİ: "Dəfələrlə sizə dedim..."
İranda internet bərpa olunur - Həftənin sonuna qədər