Baş Prokurorluq: "Hazırda Mərkəzi Elmi Kitabxananın vəzifəli şəxslərinin cinayət işinin istintaqı davam etdirilir"

img

04-11-2021 [18:50]


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm və Texnologiya Parkı” MMC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi həmin MMC-nin sabiq direktoruna Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə ona aid olan hissədə məhkəməyə göndərilib, digər xüsusatlar üzrə isə cinayət işi ayrıca icraata ayrılaraq hazırda istintaqı davam etdirilir.

Bu barədə Mia.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"Bundan başqa, Akademiyanın Mərkəzi Elmi Kitabxanasının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktları əsasında Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işinin istintaqı hazırda davam etdirilir", - deyə məlumatda bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA