MEDİA məhkəmədə Vüqar Səfərli və digərlərinə qarşı 18 milyon manatlıq mülki iddia qaldırıb
03-11-2021 [17:48]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Mia.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) dəymiş ziyanla bağlı mülki iddia qaldırıb.
Mülki iddiada qeyd edilib ki, 18 milyon manata yaxın ziyan təqsirləndirilən şəxslərdən alınaraq MEDİA-nın xeyrinə ödənilsin.
Daha sonra KİVDF-də V.Səfərlinin rəhbərliyi altında mühasib işləmiş Təhminə Yaqubova ifadə verib. Onun ifadələri arasında ziddiyyətlər olduğu bildirilib.
T.Yaqubovanın istintaqa verdiyi ifadəsi elan edilib. O, KİVDF-də jurnalistlərin mükafatlandırılması üçün keçirilən tədbirlərdə qonaq sayının şişirdilməsi, tenderlər keçirilən zaman kimlərin qalib olması, V.Səfərlinin həyat yoldaşının adına olan qəzetə vəsaitin ayrılması barədə ətraflı və detallı şəkildə danışıb.
Həmçinin T.Yaqubova jurnalist olmadığı halda ona verilən mənzil barədə də suaları cavablandırıb. Deyib ki, V.Səfərli ailə vəziyyətini, yaxınlarını itirməsini nəzərə alaraq, ona mənzil verib.
Şahid istintaq ifadəsi ilə razılaşmadığını söyləyib.
Məhkəmədə təqsirləndirilən B.İsmayılov da dindirilib. Onun sözlərinə görə, uzun müddət tikinti sahəsində, 10 ilə yaxın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Tikinti İdarəsində mülki işçi kimi çalışıb: "2014-cü ildə KİVDF-də çalışmağa başladım. Həmin vaxt fondun rəhbəri Vüqar Səfərli ilə görüşdüm. Daha sonra fondun Tikintiyə Nəzarət şöbəsində işlədim. Mən işə gələn zaman artıq jurnalistlərin qaldığı ikinci binanın yarısı tikilmişdi".
Prosesdə B.İsmayılov ifadəsində ziddiyyət olduğundan istintaqa verdiyi ifadə elan olunub.
O istintaqa ifadəsində bildirib ki, binanin tikintisi aparan şirkət əslində Əli Həsənova məxsus olub: "Nadir Məmmədov formal olaraq orada direktor olub. 3-cü binanın tikintisi zamanı Nadir Məmmədov binanın direktorluğundan çıxarılıb, onun yerinə Əli Həsənovun qohumu Ədalət Vəliyev gəldi. Lakin o işi bacarmadığından yenidən Nadir Məmmədov şirkətə direktor təyin edildi. İkinci və üçüncü binanın tikintisi zamanı mən xeyli sayda binadan nöqsanlar aşkarladım. Bunla bağlı rəhbərliyə məlumat verdim. Əli müəllim də 3-cü binanın tikilişi zamanı həftədə bir dəfə binaya gəlirdi. İşlərin gedişatı ilə maraqlanırdı. Mən o zaman nöqsanlarla bağlı Nadir Məmmədovdan Əli Həsənova şikayət etdim. O da Nadir Məmmədova öz tapşırıqlarını verdi. Binada nöqsanlar var idi. Məsələn binada yerlərə parketin vurulması nəzərdə tutulmuşdusa, yerə laminant vurmuşdular. Lakin qiymətləndirmə də parketin qiyməti yazılmışdı. Daha sonra binada istifadə olunacaq materiallar brend mallar qeyd olunsa da, Çin istehsalı mallarından istifadə olunmuşdu. Bundan başqa, layihədə pəncərə altlıqların mərmərdən göstərsək də, plasitkdən vurulmuşdu. Divarların parça aboydan vurulması nəzərdə tutulsa da, kağız aboydan istifadə olunmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O da mənə binada görülən işlərin Əli Həsənovun nəzarət etdiyini, bu cür işlərə qarışmamağı tapşırmışdı".
B. İsmayılov istintaqda bu cür ifadə vermədiyini bildirib: "Mən istintaqda bir dəfə də olsun Əli müəllimin adını çəkməmişəm".
Proses noyabrın 4-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub
Prezident İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib: "Biz bu gərginliyin aradan qaldırılması üçün..." - FOTOLAR
Regionda indiyə qədər olan pis-yaxşı nizam dağılır - Ərdoğan planını həyata keçirə biləcəkmi? (TƏHLİL)
"Yaşıl enerji məkanı" İşçi qrupunun növbəti iclası keçirilib
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!
Nizaminin icra başçısına ağır itki üz verib
“Azercell”dən xüsusi “Samsung” kampaniyası!
"Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır və..." - XİN-dən paylaşım
Sumqayıtıda bir nəfər dəm qazından ölüb
DEPUTATLAR TOPLANIR: daha 12 qanun dəyişir - SİYAHI
Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR