Səhiyyə naziri əvəzi özünə yeni müşavir təyin edib

img

02-11-2021 [12:53]


Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevə yeni müşavir təyin olunub.

Mia.az xəbər verir ki, bununla bağlı T.Musayev əmr imzalayıb.

Əmrə əsasən, Tural Babayev səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən şəxsin müşaviri təyin edilib.

Səhiyyə Nazirliyi faktı Mia.az-a təsdiqləyib.

Qeyd edək ki, T.Babayev əvvəllər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb. İlk xəbəri unikal.org yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA