"Makrona dedik ki, İlham Əliyev bu addımları qətiyyətlə davam etdirmək istəyir" - Ərdoğan Makronla görüşündən danışdı

img

01-11-2021 [16:11]


“Fransa Prezidenti Emmanuel Makron görüşümüz zamanı Cənubi Qafqazdakı vəziyyəti gündəmə gətirdi”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G-20-lərin sammitindən qayıdan zaman jurnalistlərin sualını cavablandırarkən deyib.

“Dedik ki, keçən həftə orada olmuşuq və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır və qardaşımız İlham Əliyev bu müsbət addımları qətiyyətlə davam etdirmək istəyir. Hətta Nikol Paşinyanla görüşü də olub.

Bu görüşdə bölgədə "altılıq" formatında əməkdaşlıq platformasının yaradılması məsələsi gündəmə gəldi. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan hamısı razılaşsa, biz burada sülh platforması yaratmış olarıq. Bizim istəyimiz odur ki, bu baş versin. Əgər bu reallaşarsa, effektiv olacaq”, - Ərdoğan əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA