Parlamentin Mətbuat xidmətinin keçmiş rəhbəri bu quruma mətbuat katibi təyin olundu

img

01-11-2021 [11:35]


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

Bununla bağlı konfederasiyanın sədri Səttar Möhbalıyev əmr imzalayıb.

Əmrə əsasən, Akif Təvəkküloğlu (Nəsirli) qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, A.Təvəkküloğlu uzun müddət AzTV-də çalışıb. Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Son təyinata qədər qanunverici orqanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.

Xatırladaq ki, AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bir müddət əvvəl vəfat edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA