Mobil telefonlara görə alınacaq dövlət rüsumu haqda yeni qanun - SİYAHI

img

01-11-2021 [10:59]


Azərbaycanda mobil cihazlara görə dövlət rüsumunun dərəcələri müəyyənləşib.

Bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;

Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;

Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;

Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;

Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;

Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.

Qeyd edək ki, yuxarıdakı dövlət rüsumları qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlara tətbiq olunmayacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA