Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşları ilə bağlı qərar verildi

img

29-10-2021 [17:10]


Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarını təsdiq edib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, Dövlət Vergi Xidmətinin Aparatının, xidmətin strukturuna daxil olan qurumların, struktura daxil olan yerli bölmələrin, Tədris Mərkəzinin işçilərinin, struktura daxil olan qurumlar və struktura daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları təsdiqlənib.

Maliyyə Nazirliyi vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA