Azərbaycan Ordusunun artilleriya bölmələrinə həyəcan siqnalı verildi - VİDEO

img

29-10-2021 [15:31]


2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilir.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, yarışa cəlb olunan divizionların tədris-material bazası və şəxsi heyətin təchizatına baxıldıqdan sonra hərbi qulluqçuların hazırlıq səviyyəsi yoxlanılaraq fərdi və qrup şəklində normativlər qəbul edilir.

Daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən bölmələr təyin olunmuş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutur.

Yarışın tələblərinə uyğun olaraq müəyyən olunmuş vaxt çərçivəsində artilleriya qurğuları atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA