Erməni deputat: "Naxçıvana gediş-gəliş üçün Azərbaycana yol verilməlidir"

img

29-10-2021 [13:54]


"Onların (Azərbaycan tərəfini nəzərdə tutur - red.) Naxçıvana gediş-gəlişi üçün yol verilməlidir”.

“Aysor” xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Qaqik Melkonyan bildirib.

Onun sözlərinə görə, bu məsələ yaxın günlərdə Moskvada keçiriləcək rəsmi görüşdə müzakirə ediləcək.

“Biz onlara dəmir yolu və ya avtomobil yolu veririk. İndi biz Qarabağa necə gediş-gəliş edirik? Eləcə də onlar Naxçıvana gediş-gəliş imkanı əldə etməlidir”, - deputat vurğulayıb/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA