"Banklara dollar qəbulunu dayandırmaqla bağlı göstəriş verilməyib" - "Biz bilmirik ki, bu məlumatlar hansı mənbələrdən yayılır"

img

29-10-2021 [12:06]


Azərbaycan Mərkəzi Bank (AMB) tərəfindən banklara dollar qəbulunu dayandırmaqla bağlı hansısa göstəriş verilməyib.

Bu barədə Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev mətbuat konfrasında deyib.

"Biz bilmirik ki, bu məlumatlar hansı mənbələrdən yayılır", - o, bildirib.

A.Vəliyevin sözlərinə görə, AMB kommersiya banklarına bir sıra tövsiyyələr verib:

“Mərkəzi Bank olaraq tövsiyə edirik ki, onlar əskinas qəbulu məntəqələrini və sistemlərini uyğunlaşdırsın ki, saxta xarici valyutaları aşkar edə bilsin. Bu günə qədər 125 ədəd saxta valyuta aşkar edilib. Bu isə beynəlxalq təcrübədə o qədər də böyük göstərici deyil”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA