Türkiyə KTN: "Rusiya narıngi idxalına tam qadağa qoymayıb"

img

28-10-2021 [15:31]


"Bir Türkiyə tədarükçüsünün narıngi idxalının dayandırılması Türkiyədən bu məhsulun idxalına tam qadağa qoyulması demək deyil".

"RİA Novosti” xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) nümayəndəsi bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Türkiyə tədarükçülərindən birinin ölkəyə naringi gətirməsini dayandırıb. Buna səbəb sözügedən meyvələrin tərkibində xlorpirifos pestisidinin miqdarının icazə verilən maksimum həddi keçməsidir. Söhbətin "Fikret Degirmenci" şirkətindən getdiyi bildirilir.

Nazirlik nümayəndəsi isə bunun adi praktika olduğunu deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 17.11.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA