Azərbaycanda bu qanunlara da dəyişiklik olunacaq

img

28-10-2021 [11:58]


Noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçiriləcək.

Mia.az xəbər verir ki, iclasın gündəliyinə “Dövlət rüsumu haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanunlara, Su Məcəlləsində, Gömrük Məcəlləsində və digər qanunlarda dəyişikliklərin olunması daxil edilib.

İclasda dövlət rüsumlarının inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməsi, dövlət rüsumlarının tam olaraq büdcəyə köçürülməsi, sığorta münasibətlərinin dəqiqləşdirilməsi, su obyektlərinin xüsusi məqsədlər üçün istifadəyə verilməsi qaydaları, səlahiyyətli iqtisadi operator statusuna görə rüsumun müəyyən edilməsi və digər məsələlər müzakirə ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA