AZAD OLUNAN ƏRAZİDƏ İKİ ŞƏXSƏ MƏXSUS İNSAN SÜMÜKLƏRİ TAPILDI

img

28-10-2021 [11:33]


Ağdam rayonunda insan sümükləri aşkarlanıb.

Bu barəd Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.

Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.

Şahidlərinin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.

Skeletlərin qolları məftillə bağlanmış vəziyyətdə aşkarlandığı bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA