ÜST-dən xəbərdarlıq: “Pandemiya qısa vaxtda başa çatmayacaq”

img

26-10-2021 [23:27]


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19-la bağlı xüsusi komitəsinin aylıq iclası keçirilib.

“Figaro”nun xəbərinə görə, tədbir Cenevrədə baş tutub.

Komitənin rəhbəri Didiye Husin dövlətləri ÜST-nin qəbul etdiyi bütün vaksinləri tanımağa və tətbiq etməyə çağırıb. O bildirib ki, vaksinasiyanın sürətlənməsi sayəsində son aylarda yoluxma ilə bağlı vəziyyət yaxşılaşsa da, pandemiya qısa vaxtda başa çatmayacaq.

Qeyd edək ki, ÜST indiyədək “Sinopharm”, “Sinovac” vaksinlərini, həmçinin “Johnson & Johnson”, “Moderna”, “Pfizer/BioNTech” və “Astrazeneca” şirkətlərinin istehsalı olan vaksinləri tanıyıb. Tanınmayan vaksinlərin sayı ondan çoxdur/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA