Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək

img

26-10-2021 [16:18]


Noyabrın 1-2-si Almaniya Bundestaqının nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Mia.az xəbər verir ki, səfərin məqsədi Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüd proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçməkdir. Nümayəndə heyətinə Bundestaqın deputatı Karl-Yulius Kronenberq rəhbərlik edəcək.

Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 44 ölkəsindən 120 təqaüdçü 1 mart - 31 iyul 2022-ci il tarixlərində Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində Almaniyanın parlament sistemi ilə tanış olmaq imkanı qazanırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA