General Kərim Vəliyev NATO-nun İdarə rəisi ilə görüşüb - Müzakirə + FOTO

img

25-10-2021 [18:49]


Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, qonaqları salamlayan Baş Qərargah rəisi Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəldiyini qeyd edib.

General-leytenant K.Vəliyev Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, NATO-nun bölmələrimizin bu sahədə hazırlığına verdiyi töhfəni yüksək dəyərləndirib.

General-mayor F.Diella ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edərək Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətlərini, o cümlədən sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirib.

Görüşdə NATO ilə əməkdaşlığın müxtəlif sahələrində inkişaf perspektivləri müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA