İLHAM ƏLİYEV TURKİYƏYƏ GEDİR - Bu tarixdə

img

25-10-2021 [10:15]


"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək".

Mia.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviterdə yazıb.

"Cənab Prezident İlham Əliyevin "Qardaşım" dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah - oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik", - səfir bildirib.

Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA