İRAN GERİ ÇƏKİLİR: Qarabağa yük daşımaları qadağan olundu

img

20-10-2021 [17:30]


"Rəsmi dövlət sərhədi xaricindən Azərbaycan Respublikasının ərazisinə istənilən giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qəbul edilir".

“Mehr” xəbər verir ki, bu barədə İranın Beynəlxalq Daşımalar və Tranzit Yolları İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayətinin İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli təlimatına istinadən beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına göndərdiyi məktubda deyilir.

İdarə bu məktubla Ermənistan ərazisindən Qarabağa və Azərbaycanın Laçın rayonu ərazisinə daxil olmağı, həmçinin Qarabağ regionu ilə hər hansı ticarət müqavilələri imzalamağı və nəqliyyat şirkətlərinə bu region üçün məhsullara müşayiət sənədləri verməyi qadağan edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA