“Xəstəlik ümumi əlamətlərlə başlayır: halsızlıq, baş və boğaz ağrısı, hərarət, hətta qusma..." - Uşaqlar qrip, yoxsa COVİD-ə yoluxur?

img

19-10-2021 [16:52]


“İlkin mərhələdə uşaqların koronavirusa və ya mövsümi qripə yoluxduqlarını fərqləndirmək mümkün deyil”.

Mia.az xəbər verir ki, bu barədə Modern.az-a pediatr Aytən İsmayılzadə uşaqlarda son vaxtlar yüksək hərarətlə müşahidə edilən respirator xəstəliklərlə bağlı danışarkən bildirib.

Həkimin sözlərinə görə, hər iki infeksiyada əlamətlər çox oxşardır:

“Xəstəlik ümumi əlamətlərlə başlayır: halsızlıq, baş və boğaz ağrısı, hərarət, hətta qusma, ishal. Burada koronavirus və digər virus əlaməti də ola bilər. Ona görə də özündə narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir. Biz bilmirik bu infeksiya zamanla necə irəliləyəcək. Yəni, virus yenə də mutasiya edəcəkmi? Uşaqlar üçün də təhlükəli olacaqmı?

Düşünürəm ki, özünü pis hiss edən uşaqlardan elə məktəbdəcə test götürülsə yaxşı olar. Bunu çox da uzatmayaq. Çünki uşaq evə gedəndən sonra ola bilər ki, valideyn ondan test götüzdürməsin. Bu məlumat natamam qala bilər. Biz bilməyəcəyik ki, uşağın xəstəliyi nədir. Bəlkə də bu günə qədər uşaqlar arasında yoluxmalar artıq olub, bilməmişik. Zamanında aşkarlanmayıb”.

A. İsmayılzadə valideynlərə müraciət edərək, onları uşaqlara qarşı daha diqqətli olmağa çağırıb:

“Uşaqların immunitetini zəiflətməmək üçün onlara antibiotik tərkibli dərmanlar verməməyi, bol şəkər tərkibli qidalar, “fast food”la qidalandırmamağı məsləhət görürəm. Əsas odur ki, uşaqlarda virus vaxtında aşkar olunsun. Sonra hansısa bir fəsad olanda biz bilək ki, bu nəyin fəsadıdır. Ən azından bu bizə tibbi baxımdan lazımdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA