Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq

img

19-10-2021 [12:20]


Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir.

Mia.az xəbər verir ki, sabah mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA