Suraxanıda qanunsuz tikinti işləri dayandırılıb - VİDEO

img

19-10-2021 [12:12]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Mia.az FHN-ə istinadla bildirir ki, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində müvafiq sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA