Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib - MÜZAKİRƏ

img

19-10-2021 [12:09]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.

Söhbət zamanı bu ilin iyul ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərinə toxunularaq səfər zamanı Prezident İlham Əliyevlə Şarl Mişel arasında keçirilən görüşün Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdə Avropa İttifaqının regionda sabitliyin və sülhün möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması işinə töhfə verməyə hazır olduğu vurğulanıb.

Söhbət zamanı, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA