Dövlət Xidməti icbari tibbi sığorta xidmətləri barədə qərar qəbul edib

img

19-10-2021 [10:58]


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti icbari tibbi sığorta xidmətləri sahəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair yekun qərar qəbul edib.

Mia.az xəbər verir ki, işə baxılması zamanı özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən hərəkətətlərə yol verildiyi müəyyən olunub.

Qərara əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığorta xidmətləri göstərmək üçün müraciət edən özəl tibb müəssisələrinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulmaması, həmin müəssisələrlə müvafiq müqavilənin bağlanması və antiinhisar qanunvericiliyinin pozulmasına səbəb olan digər halların aradan qaldırılması barədə göstəriş verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA