Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

img

18-10-2021 [18:54]


Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mtatsminda dağında yerləşən televizya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Məlumata görə, şəhərin əsas simvollarından biri olan teleqüllə 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpasının 30-cu ildönümü ilə əlaqədar göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

İşıqlandırma Tbilisi meriyası tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Tbilisi teleqülləsi bu il artıq ikinci dəfədir Azərbaycan bayrağının rənglərinə boyanıb. Teleqüllə ilk dəfə 28 May – Respublika Günündə üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
23:47 19.01.2026

Astarada zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA