"PUA-lar vasitəsi ilə düşmənin yeri əvvəlcədən aşkar edildi, daha sonra isə..." - Polkovnik tarixi zəfərin sirlərini açdı
18-10-2021 [16:11]
“Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısına qoyulan bütün tapşırıq və öhdəliklər layiqincə yerinə yetirilib”.
Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) polkovniki, Arazboyu əməliyyatlarında böyük şücaət göstərmiş Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov deyib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində əməliyyatların uğurla həyata keçirilməsinin səbəblərindən biri də pilotsuz uçuş aparatlarından (PUA) effektiv istifadə edilməsidir: “PUA-lar vasitəsi ilə düşmənin yeri, koordinatları müəyyənləşdirilirdi və daha sonra tam şəkildə bizə ötürülürdü. Biz “Harop”lardan da istifadə edərək düşmənə ağır zərbələr vurduq, onların texnikalarını məhv etdik. Xudafərin əməliyyatında da motivikasiya olunmuş AN-2 təyyarələrindən istifadə etdik. Cəbrayıl rayonunun Əmirvarlı kəndi düşməndən təmizlənəndən sonra Xudafərin körpüsünün azad olunması üçün əməliyyat planı hazırlandı”.
“Xudafərindəki yüksəkliklərin götürülməsi tapşırığını aldıq. İldırımsürətli bir əməliyyat nəticəsində yüksəklikləri düşməndən azad etdik. PUA-lar vasitəsi ilə düşmənin yeri əvvəlcədən aşkar edildi. Daha sonra düşmənin arxasına keçdik, ora yerləşən zaman ermənilər bunun fərqinə varmadı. Düşmənə qarşı burada qurulan pusqu nəticəsində uğurlu əməliyyat həyata keçirdik və onları məhv etdik. Ermənilərə qarşı buradakı üstünlüklərimiz sayəsində şəhidimiz və yaralımız olmadı”, - o vurğulayıb.
Qeyd edək ki, 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində ən uğurlu döyüşlərdən biri də Arazboyu əməliyyatları olub. Bu uğurlu əməliyyatlar nəticəsində 2020-ci ilin oktyabr ayının 18-də Xudafərin körpüsü düşməndən azad edilib və 27 illik həsrətə son qoyulub.
Azad olunan Xudafərin körpüsünə Azərbaycanın şanlı üçrəngli bayrağı sancılıb. Bu sevinci Azərbaycan xalqına Ali Baş Komandan çatdırıb. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana DSX-nin zabiti, Vətən Müharibəsi Qəhrəmanı B.Ələkbərov məruzə edib/Report
Tramp Türkiyəni Qəzza Sülh Şurasına dəvət edib: "Ərdoğanla çox məhsuldar telefon danışığımız oldu"
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU
Tramp: "YPG-nin sərbəst buraxdığı avropalı İŞİD-lər tutulub"
ABŞ kürd silahlılarına niyə arxa çevirdi? - "Dəməşq İŞİD-ə qarşı mübarizədə daha istəklidir"
Suriya hökuməti və SDQ yenidən anlaşdı - Haseke ilə bağlı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident Qətərin Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub?
Əməkdar jurnalist vəfat edib
Prezident Davosda panel iclasında: "Danmırıq ki, müstəqil ölkə olaraq bu vəziyyətdən zövq alırıq” (Yenilənib)
Hamlet İsaxanlının qızı prorektor təyin edilib
Tahir Kərimli dələduzluqda ittiham olunan qardaşından danışdı
XİDMƏTİ MAŞIN VƏ ƏRİZƏ ALINIB, ANCAQ... - İcra başçısının köməkçisi elə addım atdı ki... (FOTOLAR)
"Fikirləşmirəm ki, “Ayntraxt”ın düşərgəsində hansısa problem var" - Qurban Qurbanov
"Ayntraxt"ın Baş məşqçisi bakıda: "Bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik"
DTX-nin əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
Prezidentin müsahibəsi: "Beynəlxalq münasibətlər yeni eraya qədəm qoyur" - "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir" - FOTOLAR
Ərdoğanın oğlu Gəncəyə gəlib - VİDEO
Hava Limanında sərnişinlər niyə sərt şəkildə yoxlanılır? - Ekspert "Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək?" deyir
20 Yanvar və Qərbin ikiüzlü siyasəti - TƏHLİL
"Məcəllədə yazılıb, 5 ildən bir olmalıdır" - Məzahir Pənahov MSK sədrliyindən gedəcəyi barədə suala belə cavab verdi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
"Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” - Ekspertlərdən açıqlamalar
"Azərbaycan vətəndaşları orada hansısa çətinliklə üzləşəndə..." - XİN başçısı İranla bağlı sualı cavablandırdı
ABŞ səfirliyinin əməkdaşları Şəhidlər xiyabanıda - FOTO
Azərbaycan nefti 69 dollara satılır - Qiymət 1.6 dollar ucuzlaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
20 Yanvar faciəsindən 36 il ötür
Astarada zəlzələ olub
Sumqayıtda "alma ovu"na çıxan məmur harada işləyir? - VİDEO
YPG İŞİD-çiləri həbsxanadan buraxdı - Ordu hərəkətləndi
Mehriban Əliyeva: "Allah bütün şəhidlərimizə rəhmət eləsin!" - FOTO
Bolqarıstan prezidenti istefa verdi: "Oliqarxiya hakimiyyətə nəzarəti ələ keçirdi..."
"İcra başçısının müavini utanıb ərizə yazıb işdən çıxıb" - Rayon deputatlarından qalmaqallı videoya reaksiya
Prezident İlham Əliyev İsveçrədə - Görüşlərə Heydər Əliyev də qatılıb + FOTOLAR (Yenilənib)
"Namaz qılıb oruc tutmasam da..." - İcra başçısının müavinin əri qalmaqallı videoya görə üzr istədi, daha sonra isə... (YENİLƏNB)
Rusiya Ukraynada irəliləyir - Daha iki qəsəbə ələ keçirildi
Ceyhun Bayramovla ABŞ dövlət katibi arasında telefon danışığı olub - Nələr müzakirə edilib?