Vilayət Eyvazov yeni rəis müavini təyin edib

img

29-09-2021 [12:12]


Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Mia.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elşən Quliyev Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, E.Quliyev bu təyinata qədər Kəlbəcər RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, ilk məlumatı oxu.az saytı yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA