Nazir daha bir direktoru vəzifədən azad etdi - Təyinat

img

23-09-2021 [17:21]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC-nin direktoru Damət Bağırov vəzifəsindən azad edilib.

Mia.az nazirliyə istinadla xəbər verir ki, adıçəkilən vəzifəyə Qəhrəman Qələndərov təyin olunub.

Xatırladaq ki, “Nəqliyyat Təlim-Tədris Mərkəzi” kommersiya qurumu kimi 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 114 min manatdır. Cəmiyyətin əsas məqsədi nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması üzrə tədrisin, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalar həyata keçirən sürücülərə və daşıma fəaliyyəti ilə əlaqədar məsul şəxslərə, nəqliyyat vasitələrinin təmiri və istismarı, həmçinin daşımaların təhlükəsizliyinin təmin olunması ilə bağlı işçilərə qanunvericilik və digər normativ hüquqi aktlar ilə nəzərdə tutulan xüsusi hazırlığın təşkilindən və həyata keçirilməsindən, habelə daşımaların səmərəliliyi və təhlükəsizliyi üzrə qanunvericiliyə uyğun xidmətlər göstərilməsindən ibarətdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA