“Aztelekom”un yeni filialları yaradılıb - Təyinatlar

img

23-09-2021 [16:47]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (NRYTN) məxsus “Aztelekom” MMC-də struktur istahatları və vəzifə təyinatları aparılıb.

Məlumata görə, qurum tərkibində yeni “Şimal-Şərq Regional Filialı" yaradılıb.

Bu filial özündə Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz Telekommunikasiya Qovşaqlarını birləşdirir. Ona rəhbərlik Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanova həvalə edilib.

Bundan başqa, bir qədər əvvəl yaradılmış "Aran Regional Filialı”na da rəhbər təyin edilib. Bu vəzifəyə Yevlax Telekommunikasiya Qovşağının rəisi Kərəm İbrahimov gətirilib.

Xatırladaq ki, "Aran Regional Filialı” özündə Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdam Telekommunikasiya Qovşaqlarını birləşdirir.

Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. Bu işlər “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” ölkə prezidentinin 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA