Zahid Oruc: "Vətən qarşısında imtahandan əla qiymət alanlar..." - FOTOLAR

img

22-09-2021 [18:00]


Yeni tədris ilinin başlanması münasibətiylə Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Zahid Oruc Bərdə rayonunun Qaradəmirçi kəndində RİH rəhbəri Vidadi İsayev və təhsil nazirinin müavini İdris İsayevlə 320 yerlik yeni məktəbin açılışında iştirak edib.

Mia.az-ın məlumatına görə, millət vəkili qeyd edib ki, fərəhli haldır ki, məlum bəşəri bəladan sonra dərslər əyani formada davam etdiriləcək: "Bu məktəbdə təhsil alanlar millətimizin sabahıdır. Bu baxımdan yeni açılan məktəbdə təhsil alacaq bütün şagirdləri və müəllim heyətini təbrik edirəm".

Zahid Oruc çıxışında qeyd etdi ki, indiki tədris ilini biz Vətən Müharibəsinin birinci ildönümündə qarşılayırıq: " İşğal altında olan torpaqların azadlığı üçün başlanan savaş millətimizin qələbə əzmi ilə başa çatdı". Zahid Oruc qeyd etdi ki, qələbəni millətimizə bəxş edən bizim övladlarımız bu məktəblərdə formalaşıb, bizim keçmişimizi, qan yaddaşımızı öyrəniblər, bu illər ərzində vətənpərvərlik ruhunda formalaşıblar. Bunun sayəsində də onlar düşmən üzərinə qətiyyətlə getdilər.

Biz hər birimiz arzulayırıq ki, təhsil alan şagirdlərimizin hamısı imtahanlarda ən yüksək nəticəni göstərsinlər. Bu, sadəcə arzudur. Ən böyük qiymət vətən, millət qarşısında alınan qiymətdir. Parta arxasından gələn gənclərimiz Vətən Müharibəsində böyük şücaət göstərdi. Bərdə uzun illər məcburi köçkünlərimizin dərdinə şərik çıxıb və Vətən Müharibəsinə də ən böyük töhfəni verən rayonlarımızdan biridir. Bərdənin müqəddəs şəhid və qaziləri öz qanları və canları ilə xidmətlərini göstərdilər. Biz ilk dəfədir ki, məhz təhsil ilini belə abu-havada qarşlayırıq".

Zahid Oruc sonda qeyd etdi ki, tezliklə işğaldan azad edilən ərazilərimizdəki məktəblərimiz də millətimizin xidmətində olacaq.

img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA