Müəllimlərin əmək haqqları... - Yeni qayda ilə necə hesablanacaq?

img

22-09-2021 [17:29]


Təhsil Nazirliyi xüsusi karantin rejimi dövründə müəllimlərin əmək haqqının yeni qaydada necə hesablanacağına aydınlıq gətirib.

Təhsil Nazirliyindən bildirilib ki, hazırda yalnız əyani tədrisin həyata keçirilməsi nəzərdə tutulduğuna görə müəllimlərin əməkhaqqı ənənəvi formada hesablanacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, təhsil verənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınması (4.2.2) ilə bağlı bənd ləğv olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA