VÜQAR SƏFƏRLİ ƏLİ HƏSƏNOVLA MÜŞAHİDƏ ŞURASINI HƏDƏFƏ GƏTİRDİ: "Dedi ki, Ramiz Mehdiyevə yaz..." - "Maliyyə Nazirliyindən bildirdilər ki, qiymət normaldır"
17-09-2021 [18:31]
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Səfərli ifadə verib.
O, ifadəsinə ilk olaraq KİVDF-yə rəhbər təyin olunması barədə danışıb: "Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin sabiq köməkçisi Əli Həsənov məni qəbul etdi. Bildirdilər ki, Əli Həsənov bizə nəzarət edəcək, nə lazımdırsa, deyəcək. Fondun fəaliyyət göstərməsi üçün ilk olaraq “8-ci kilometr” adlanan ərazidə zirzəmi təklif etdilər. Sonra dedilər ki, fond üçün uyğun yeri özünüz tapın. "İçərişəhər"də üç otaqlı yerdə fəaliyyətə başladıq. Həmin yer çox dar idi. Bununla bağlı Əli Həsənova məruzə etdim. O, isə mənə Mətbuat prospektində yerləşən Beynəlxalq Mətbuat Mərkəzini təklif etdi. Gedib baxış keçirəndə həqiqətən də uyğun yer olduğunu gördüm. Binanın üçüncü mərtəbəsini bəyəndim. Dediyim kimi Əli Həsənovun məsləhəti ilə..."
Daha sonra təqsirləndirilən şəxs icarəyə götürülən yer üçün şişirdilmiş məbləğ verilməsi barədə danışıb: "Biz fəaliyyət göstərmək üçün yer götürdükdən sonra qiymətlərlə maraqlandıq. Dedilər, binanın hər kvadratına görə icarə haqqı 20-22 manat təşkil edir, ancaq sizə 18 manatdan verə bilərik. Bununla bağlı Maliyyə Nazirliyinə məlumat verdim, bildirdilər ki, qiymət normaldır. Bizə vəsaiti Nazirlər Kabineti ayırırdı. Xərclər smetasına isə xəzinədar nəzarət edirdi. Bizə heç kim demədi ki, bahadır, irad tutan da olmadı. Biz də fikirləşdik ki, uyğundur. Yoxlama dövründə qeyd olunub ki, bazar qiymətlərinə görə icarə haqqı 12-13 manatdır. Sonra yazılıb ki, dövlət rüsumu 47 qəpikdir. Belə şey olar? Biz təkcə vergiyə 119 min 77 manat ödəmişik. Həmin vaxt mən etiraz etdim ki, yoxlama mənim iştirakım olmadan keçirilib. 2019-cu ildə Bilik Fondu fəaliyyətini dayandırdı. Əli Həsənov mənə dedi ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məktub yaz, xahiş et ki, Bilik Fondunun əmlakı bizə verilsin. Xahişimiz təmin edildi və əmlak bizə verildi. İcarə məsələsinə gəlincə, Maliyyə Nazirliyi bizə dedi ki, ilin ortası olduğu üçün vəsait ayıra bilmirlər, hələ ki öz imkanlarımız hesabına idarə edək, növbəti ildən vəsait ayrılacaq".
Vüqar Səfərli daha sonra ittihamda əks olunan ictimai-siyasi qəzet olmayan “Futbol+Qol” qəzetinə vəsait ayrılması barədə danışıb. O bildirib ki, qəzetlərə maliyyə ayrılması ilə bağlı qərarı fondun tərkibində olan Müşahidə Şurası verirdi: “Vəsait ayrılması üçün tələblər hazırlanaraq Müşahidə Şurasına təqdim olunur, onun əsasında da maliyyə ayrılırdı. Mən, sadəcə, icraçı olmuşam, qərarlara müdaxilə etməmişəm, sadəcə, iclaslarda iştirak etmişəm".
Daha sonra Vüqar Səfərli bildirib ki, qərarları Müşahidə Şurası qəbul etsə də, onlardan heç kim istintaqda dindirilməyib: "Müşahidə Şurasında keçirilən bütün iclasların videosu var. “Futbol+Qol” populyar qəzet idi, ona görə də pul ayrılıb. Hətta mən soruşdum ki, niyə ittihama salınıb bu hissə, dedilər həyat yoldaşımın adına olduğu üçün araşdırılıb. 2017-2018-ci ildə iki dəfə ümumilikdə 20 min manat olmaqla qəzetə pul ayrılıb. Həmin vəsaitin ayrılması da Prezident Administrasiyası ilə məsləhətləsdirilib".
Daha sonra V. Səfərli bildirib ki, 2018-ci ilin sonunda Əli Həsənov ona bildirib ki, qəzetlərin keyfiyyətindən narazıdırlar: “Dedi ki, qəzetlərin tirajını artıraq, hansı qəzet rəqabətə dözsə, qalsın. Bundan sonra qəzet redaktorları mənə narazılığını bildirdi. Mən də bunu Əli Həsənova dedim. O isə mənə bildirdi ki, baş redaktorlarla görüşək. Qəzet rəhbərləri ilə Mətbuat Mərkəzində görüşümüz oldu. Görüşdə qərar verildi ki, yalnız ictimai-siyasi qəzetlərə maliyyə ayrılsın. Bu qərarla 8 qəzet kənarda qalaraq maliyyəsi dayandırıldı, digər qəzetlərin maliyyəsi isə artdı".
O, jurnalistlər üçün tikilən binalara ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı verilən ittihama da aydınlıq gətirib. Vüqar Səfərli bildirib ki, həmin binaların tikintisi üçün ayrıca mütəxəssis götürülmüşdü: "Tikinti ilə bağlı qanunsuzluqların hamısını mənimlə əlaqələndirirlər. Yazırlar ki, qiymətlər şişirdilib. Binaların tikilməsi üçün tender elan olundu. "Portos" MMC tenderin qalibi seçildi. Tikintini aparan şirkətə vəsait hissə-hissə ödənilib. Mən ayrılan vəsaiti tikinti şirkətinin hesabına köçürmüşəm. Onlar daha sonra neyniyiblər, bilmirəm."
V. Səfərli ayrılan vəsaitin nağdlaşdırılması məsələsinə də aydınlıq gətirib: "Nəyə görə istintaq aydınlaşdırmır ki, pullar necə nağdlaşdırılıb? Mən vəsaitin hardan gəlib hara getdiyini bilmirəm. O vaxt tikinti şirkətinin rəhbəri olan Ədalət Vəliyevin istintaqa ifadəsi var. O, tikinti zamanı 16 milyon ziyan vurduğunu etiraf edib, bildirib ki, həmin ziyana görə öz mülkünün müsadirə edilməsini istəyib. Daha sonra həmin mülk müsadirə olunub. Mən ola bilər ki, tikinti zamanı məsuliyyətsizlik etmişəm. Mənim gedib materialların keyfiyyətinə baxa, suvaq ölçə bilməzdim. Hər şeyə Əli Həsənov nəzarət edirdi. Mən, sadəcə, gedib işlərin aparılmasını yoxlayırdım".
Daha sonra Vüqar Səfərli tikintiyə ayrılan pulları nağdlaşdırıb bank hesabına yerləşdirməsindən danışıb. Sabiq fond rəhbəri bildirib ki, bank hesabında olan pullar onun şəxsi vəsaiti olub: "Mən əvvəllər bizneslə məşğul olmuşam. Yazırlar ki, bank hesabımda 5 milyon manat olub. Mən öz hesabıma müəyyən məbləğdə pul yerləşdirmişdim. Həmin pul bankda qaldıqca üstünə depozit gəlirdi".
V. Səfərli ifadəsinin davamında istintaq zamanı heç kimlə üzləşdirilmədiyini deyib.
Prokurorun sualını cavablandıran Vüqar Səfərli bildirib ki, aparılan tikintiyə nəzarəti Bünyamin İsmayılov edib, qiymətlərin şişirdilməsi barədə ona məlumat verməyib.
Proses sentyabrın 21-də davam etdiriləcək.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb/APA.
Cənubi Koreya məktəblərində mobil telefondan istifadə qadağan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xırdalanda DOST Mərkəzi yanır
Türkiyədə maaşlar artdı: professor 4200 manat, hakim, polis, müəllim, mətbuat katibi, bağban, qarson isə...- SİYAHI/MƏBLƏĞLƏR
Qəzzada itkilərlə bağlı son məlumat açıqlandı - Daha 76 nəfər ölüb
Sabah Ağdaş, Zaqatala və Şəkinin bəzi kəndlərində qaz olmayacaq
Şamaxıda yanğın törədən şəxs saxlanılıb
Azərbaycan və Uqanda XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib - Açıqlama
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
Qazaxda yanğın törədən şəxs saxlanılıb
Film çəkmək üçün Qubaya gedənlər qəzaya düşüb - Ölən var (Yenilənib)
Rəsmi Moskva Ukraynaya sülhməramlı göndərilməsini istəmir
MİQ üzrə vakansiya: 1300-dən çox namizəd uğur qazanıb
İLHAM ƏLİYEVİN YENİ MESAJLARI... - Bir müsahibənin izi ilə (TƏHLİL)
"Çoxdan bu bazarı sökmək, onun yerində..." - Vahid Əhmədov "Sədərək"dəki yanğına görə FHN-ni qınadı
Dörd universitetə niyə rektor təyin edilmir? - SİYAHI
Şəhid jurnalistlərin medalları ailə üzvlərinə təqdim edilib
Rövnəq Abdullayevin kürəkəninin bankı daha bir qərar verdi - Keşbek faziləri azaldılıb, bəzilərində isə...
Adam Buksa "Udineze"yə keçib
Samuxda açıq ərazidə yanğın başlayıb
Bakıda göldə uşaq boğulub
Avropa İttifaqı Azərbaycana yeni səfir göndərir
Sabah hava necə olacaq? - Proqnoz
Şahin Mustafayev: "Körfəz ölkələrini Qara Dənizə bağlayacaq yeni marşrut yaradılacaq"
Ərdoğanın "qılınc" mesajı: YPG Suriya ordusu ilə "yeraltı savaş"a hazırlaşır - FOTOLAR
Eldəniz Abdullayev saxlanılıb - Narkotiklə
30 il əvvəl törədilmiş qətl - Baş Prokurorluq əhaliyə müraciət edib
"Real Betis" Andre Onananı heyətinə qatmaq istəyir
Bakıdan Ağdama qatarla səfər başlayıb - Biletlər bu gündən satışa çıxarılıb + QİYMƏT
Əliyev İran prezidenti haqqında: "Bəli, o, azərbaycanlıdır, o, mənim kimi eyni qanı daşıyır"
PREZİDENT YENİ MESAJLAR VERDİ - İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsinin TAM MƏTNİ (FOTOLAR)
"Bütün xalq görsün ki..." - IX “Muğam” Televiziya Müsabiqəsində qalmaqal, finalçı mükafatı qəbul etmədi
Ceymi Vardi "Kremoneze" klubu ilə müqavilə imzalaya bilər
Ədliyyə Nazirliyi cəzaların icrasına elektron nəzarətinə 3.8 milyon manat xərcləyəcək
"Antalyaspor" yeni transferiylə bağlı məlumat yayıb
"Ölkədə dağıdıcı zəlzələ ehtimalı yoxdur" - Qurban Yetirmişli
"Borussiya Dortmund" Niko Kovaçın müqaviləsini uzadıb
Azərbaycan nefti ucuzlaşdı
"Borussiya Dortmund" Çukvuemeka ilə anlaşdı
DTX-də daha bir əməliyyat: bir nəfər həbs edilib, kriptovalyuta üzərinə həbs qoyulub
Suitiyə görə çimərlik qapadılıb - Türkiyədə + FOTO
Ağdamın Xıdırlı daha 370 nəfər köçürülüb
Bakıda zəlzələ oldu (Yenilənib)