Ali məktəb tələbələri üçün yeni sistem yaradılıb

img

16-09-2021 [14:47]


"Yeni tədris ilindən ali təhsil müəssisələrində akademik borcların onlayn şəkildə ödənilməsi mümkün olacaq".

Mia.az xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Elçin Abışov deyib.

O bildirib ki, tələbələr bu ildən istifadəyə verilən sistem vasitəsilə təhsil haqqını da onlayn şəkildə ödəyə bilər: "Tələbələr onlayn şəkildə invoys nömrəsi alırlar. Burada həm tələbənin təhsil aldığı ali məktəb, həm də təhsil haqqı borcu barədə məlumat olacaq. Onlayn kartla müvafiq invoys nömrəsi ilə bank və "Milli ön" vasitəsilə ödəniş mümkündür. Əvvəllər tələbələr şəxsiyyət vəsiqələrini təqdim etməklə ödəniş edirdi. Təhsil haqqı borcu müəyyən hissələrə bölünə bilər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA