Kürdəmirdə qətl: qardaş 35 yaşlı bacısını çoxsaylı bıçaq zərbələri ilə öldürdü

img

15-09-2021 [18:12]


Kürdəmir rayonunda qətl hadisəsi olub.

Hadisə rayonun Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki aralarında yaranan ailə münaqişəsi zəmnində rayon sakini, Şıxəliyev Xəyal Təbriz oğlu bacısı 35 yaşlı Nəsirova Dilarə Təbriz qızına çoxlu sayda bıçaq xəsarəti yetirib.

Ağır xəsarətlər alan yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırsalarda onun həyatını xilas etmək mümkün olmayıb. N.Dilarə aldığı çoxsaylı bıçaq zərbələri səbəbi ilə xəstəxanada ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb/Report.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA