ADA Universiteti “Bir Müəllimin Manifesti” təhsil proqramına qəbul elan edir
14-09-2021 [18:01]
11 may 2021-ci ildə ADA Universiteti “Bir müəllimin manifesti” adlı təşəbbüsü ilə çıxış edərək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab olunan Qazax Müəllimlər Seminariyasının təlim-tədris ənənələrini yaşatmaq üçün onun binasının bərpasını və təhsil missiyasının dəvam etdirilməsini öz üzərinə götürüb.
ADA-dan Mia.az-a verilən məlumata görə, artıq memarlıq-tikinti işləri başlanmışdır. Eyni zamanda təhsil proqramına aid hazırlıqlar tamamlanmış və tərtib olunmuş birillik ixtisasartırma proqramının 1 oktyabr 2021-ci il tarixindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bildirmək istərdik ki, təklif olunan ixtisasartırma proqramı artıq ADA Universiteti tərəfindən Təhsilin İdarə Edilməsi fakültəsində bir neçə sertifikat proqramı əsasında uğurla sınaqdan keçirilmişdir. Kredit əsaslı təhsil proqramında regionlardakı orta məktəblərin müəllim və direktorları iştirak edə bilərlər. Proqram əyani və distant formatda aparılacaqdır. Əyani formatda proqram Bakı Dövlət Universitetinin Qazax filialında (ilk ilində), ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində keçiriləcəkdir.
Proqramda aşağıdakı fənlər tədris olunacaq:
1. Müasir tədrisin əsasları (əyani və distant);
2. Tədqiqat metodları və Tədbiqi tədqiqat (əyani və distant);
3. Müəllim və Liderlik (əyani və distant);
4. Akademik yazı (əyani və distant);
5. İngilis dili (distant).
Bu fənlərin tədrisi oktyabr, noyabr, dekabr, fevral və mart aylarının ilk həftəsində (4-5 gün ərzində, həftəsonu daxil olmaqla) əyani olaraq aparılacaqdır. Digər vaxtlar isə fənlərin tədrisi distant şəkildə ADA Universitetinin “Blackboard” öyrənmə platforması üzərindən həyata keçiriləcəkdir. Proqram ADA Universitetinin aparıcı professor-müəllim heyəti tərəfindən keçiriləcək və Azərbaycan dilində tədris olunacaqdır. Vaşinqton Proqramı—Proqramın ABŞ-da keçirilən hissəsi 10 həftə üçün nəzərdə tutulmuşdur. Bu müddət ərzində proqram iştirakçıları ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər edəcək, Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət abidələrində olacaq, ingilis dilini təkmilləşdirəcək və ABŞ-ın təhsil sistemində mövcud olan qabaqcıl nümunələrlə tanış olacaqlar. Proqramın ABŞ komponentində iştirak etmək üçün proqramda nəzərdə tutulan bütün tələblərə riayət edən, yüksək fəallıq göstərən, yerli proqramda və xüsusilə ingilis dilində yüksək nəticə əldə edən müəllim və məktəb direktorları seçiləcəkdir. Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikat ilə təltif olunacaqlar.
Proqram iştirakçılarının seçim meyarları:
Proqramda ADA Universitetinin əməkdaşlıq etdiyi məktəblərlə yanaşı, digər region məktəbləri də iştirak edə bilərlər. Bu ixtisasartırma proqramında iştirak etmək üçün Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında yerləşən, ən azı 3 il pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları müraciət edə bilərlər. Üstünlük fənn müəllimləri və fənn tədrisi ilə məşğul olan məktəb direktorlarına veriləcəkdir. İngilis dili bilikləri (ən azı başlanğıc səviyyəsi) arzu olunandır. Yekun seçim müsahibə əsasında aparılacaqdır. Maraqlanan şəxslər “CV”ni (Tərcümeyi-hal) [email protected] elektron ünvanına göndərə bilərlər.
Son müraciət tarixi:
20 sentyabr 2021-ci il.
ADA Universiteti sınanmış təcrübəsini regionlarla bölüşməkdən qürur duyur və özlərini belə bir layihədə görməyə hazır olan namizədləri gözləyir.
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb
Tramp bölgəyə nəhəng hərbi qüvvə göndərdiyini təsdiqlədi: "İranın razılaşmaq istəyir, dəfələrlə zəng ediblər"
NAZİR MƏRKƏZ DİREKTORUNU VƏZİFƏDƏN AZAD ETDİ - Yeni təyinat
Hava ilə bağlı daha bir xəbərdarlıq yayıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! - FOTOLAR
MÜŞAVİR və ŞÖBƏ MÜDİRİ NAZİR MÜAVİNLƏRİ TƏYİN EDİLDİ - KTN-də maraqlı dəyişiklik (FOTO, YENİLƏNİB)
Rusiya mediasında Azərbaycan-Türkiyə münasibətlərini pozmağa cəhd edirlər - "Dezinformasiya yayırlar"
Sabah bəzi rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
Məşhur generalın cərrah qardaşı Bakıda marşrutda ölüb
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ