Azərbaycan və Türkiyə tarixçiləri Ağdamda simpozium keçirəcək

img

14-09-2021 [15:48]


Azərbaycanın Ermənistan üzərində zəfəri ilə əlaqədar olaraq sentyabrın 15-18-də dövlət müstəqilliyinin 30 ilində "Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər" mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Mia.az xəbər verir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix institutu və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzi tərəfindən reallaşdırılacaq.

Ağdam Rayon İcra Hakimiyyəti ilə birlikdə baş tutacaq simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzinin rəhbərləri ilə birgə, Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edəcək.

Simpozium iştirakçıları sentyabrın 15-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanında Bakının azad edilməsinin ildönümü münasibətilə türk şəhidləri və 20 Yanvar şəhidləri abidələrini ziyarət edəcək və simpoziumun keçiriləcəyi, işğaldan azad edilmiş Ağdam rayonuna yola düşəcək.

Simpozium sentyabrın 16-da Ağdamda öz işini davam etdirəcək.

Simpoziumda "Azərbaycan Respublikasının müstəqillik dövr tarixi", "Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri", "Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri" və digər mövzular üzrə məruzələr dinləniləcək.

Simpozium iştirakçılarının azad edilmiş ərazilərə səfərləri də nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:52 17.09.2021

Bu rayonlara dolu düşüb